Taksi sürücüsü məktəbliləri belə vurub əzdi - DƏHŞƏTLİ REAL GÖRÜNTÜLƏR
04.06.2019 546 0.0 0

Qazla, əyləcin yerini səhv saldığı da ehtimal olunur

Müşahidə kamerasına düşən bu görüntülər həqiqi bir şok yaşadır. Qazeta.info Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə məktəblərdən birinin qarşısında baş verir. "VAZ-2107" markalı, üzərində “taksi” nişanlı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbə düşürür. Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçir.

Şagirdlər bir anlıq dayanıb “Mercedes”in keçməsini gözləyirlər. Birdən "VAZ-2107" markalı avtomobil hərəkət edir. Sürətlə uşaqların dayandığı yerə gəlir. Şagirdlərə çırpılaraq onları “Mercedes” markalı avtomobilə sıxır. Ətrafdakılar “07”-ni güc ilə geri çəkilər. Görünür, nasazlıq yaranan, yaxud sürücünün əyləc yerinə qazı basdığı vəziyyətdə ölən olmasa da şagirdlər ağır yaralanır.

Qızlardan biri isə iç qanaması ilə xəstəxanaya çatdırılır. Bu dəhşətli görüntüləri təqdim edirik.

 

Ürəyi zəif olanlar baxmasın.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar