Tailandda avtomobil kütlənin arasına daxil olub - Ölən və yaralananlar var
04.12.2017 798 0.0 0

Tailandın cənubundakı Pattaya kurort şəhərində avtomobil kütlənin arasına daxil olub.

Məlumata görə, hadisə nəticəsində azı iki nəfər həlak olub, 10-dan çox adam xəsarət alıb.

Xəsarət alanlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Hadisə terror aktı kimi qeydə alınmayıb. Qeyd olunur ki, qəzaya sürücünün epilepsiya tutması səbəb olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar