Tacikistanda prezidenti təqhir edənlər cinayət məsuliyyətinə cəlb olunacaq
03.11.2016 599 0.0 0

Tacikistan dövlət başçısını təhqir edən cinayət məsuliyyətinə cəlb ediləcək.

Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Tacikistan prezidenti İmoməli Rəhmon sərəncam imzalayıb.

Məlumata görə, qanunu pozanlar 5 il azadlıqdan məhrum ediləcək, yaxud iri məbləğdə cərimələnəcəklər.

Qeyd edək ki, ötən həftə Tacikistan parlamentinin Aşağı Palatası İmoməli Rəhmona Tacikistanın müstəqilliyinin banisi statusunun verilməsi haqda qanun qəbul edib. Ötən ilin dekabrında isə deputatlar onu taciklərin ömürlük lideri elan edərək, “Millətin lideri - sülhün və milli birliyin banisi haqqında“ qanuna yekdilliklə səs veriblər.

Bundan başqa, parlament “millətin liderinə hörmət göstərilməsi qaydaları” reqlamentini də təsdiqləyib.

Xatırladaq ki, 64 yaşlı İmoməli Rəhmon 1992-ci ildən Tacikistana əvəzsiz rəhbərlik edir. O, 4 dəfə prezident seçkisində iştirak edərək qalib gəlib. Növbəti seçkinin 2020-ci ildə keçirilməsi nəzərdə tutulub. Məlumata görə, bu kampaniyaya hazırlıq indidən görülür. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar