Təyyarə qəzasından möcüzə qurtuluş
25.03.2015 875 0.0 0

Germanwings təyyarəsinə minməkdən son anda imtina edən Türkəyinin Mardinli bir ailənin oğlu olan Adil Kızılı faciədən möcüzə nəticəsində özünü və komandasınının canını qurtarıb.Türkiyəni Axşam qəzetinin yazdığı məlumata görə, Adil Kızılı İspan  futbol klublarının birində İdman Direktoru vəzifəsində çalışır. 

Qəzet bildirir ki, İsveçrənin Le Matin qəzeti, İsveç üçüncü liqasında oynayan Dalkurt FF futbol klubu oyunçularının Katalonyada ezam etdikdən sonra Dusseldorf üzərindən İsveçə getmə planının son anda klubun rəhbəri Adil Kızılı tərəfindən ləğv edilib.

Qəzet səfərin uzun sürəcəyi üçün klub rəhbərinin bu qərarı verdiyini və oyunçuların düşən təyyarəyə binmədiyini bildirib.

Yeri gəlmişkən bildirək ki, təyyarə qəzasıyla əlaqədar İspan hökumətinin mətbuata məlumat verən təhlükəsizlikdən məsul dövlət katibi Francisco Martinez, təyyarədə 49 İspaniya vətəndaşı aşkar olunduğunun qətiləşdiyini söyləyib. 

Fransa xarici işlər naziri Laurent Fabius, sərnişin siyahısının hələ tamamlanmadığını vurğulayaraq "Təyyarədə Alman və İspan vətəndaşları ilə birgə Argentina, Avstraliya, Belçika, Kolumbiya, Hollandiya, İsrail, Yaponiya, Meksika, İngiltərə və Qazaxıstandan da insanların olduğunu təsbit etdiklərini bildirib.

Fransa Baş naziri Manuel Valls isə ölənlər arasında bir ABŞ, bir Mərakeş, üç İngilis və iki Argentina vətəndaşı olduğunu qeyd edib.

Qazaxıstan Xarici İşlər Nazirliyi isə təyyarədə 3 Qazax vətəndaşının olduğunu söyləyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar