Təqsirləndirilən şəxs: ««Qızıl Məryəm»in qətlini bizə qızı sifariş vermişdi»
30.09.2016 953 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən C.Əsgərov ifadə verib.

 

O, qətili digər təqsirləndirilən G.Hüseynovanın sifarişi ilə törətdiyini bildirib: "Günel mənə pul və maşın vəd etmişdi, lakin o, vədinə əməl etmədi".

 

 

Daha sonra məhkəmə iclasında şahidlər dindirilib.

 

 

Proses oktyabrın 4-də davam edəcək.

 

 

Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.

 

Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar