Təhsil şöbələrindən birinin müdiri vəzifəsindən çıxarıldı
12.12.2015 785 0.0 0

Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsindən kənarlaşdırılıb.

Qazeta.info "Report"-a istinadla  xəbər verir ki, Təhsil Şöbəsinin müdiri Almaz Həşimovanın işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunduğu bildirilıir.

A.Həşimova bu vəzifəyə 2010-ci ildə təyin olunub. Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, rayon Təhsil Şöbəsinin müdirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN) ilə razılaşdırılmaqla rayon icra Hakimiyyəti başçılarının sərəncamı ilə həyata keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar