Təhlükəsizlik Şurası bu il böyük terror aktları nəticəsində ölənlərin sayını açıqlayıb
14.10.2019 544 0
Dünyanın müxtəlif yerlərində bu il törədilmiş ən böyük terror aktları nəticəsində 9 mindən artıq insan həlak olub.
"RİA Novosti"yə istinadən verilən məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katib müavini Yuri Kokov deyib.
Y.Kokov bildirib: "2018-2019-cu illərdə 70-ə yaxın ölkədə 5 mindən artıq rezonans terror aktları baş verib. Bu terror aktları təxminən 30 min insana toxunub".
Katib müavini qeyd edib ki, bu il yalnız 2 min terror aktı nəticəsində 9 mindən artıq insan həlak olub, 11 mindən artıq insan isə xəsarət alıb.
Onun sözlərinə görə, terrorçuların əsas hədəfləri terrorçuluqla mübarizəyə ən çox töhfə verən ölkələrdir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər