Təbii fəlakət Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsini kəsdi
03.07.2016 881 0.0 0

Kiş çayına lilin gəlməsi səbəbindən, Şəkinin Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
 
Kiş kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, iyulun 2-i axşam saat 22 radələrindən başlayaraq Şəki rayonu Kiş kəndi inzibati ərazisindəki Kiş çayına dağlıq ərazidən 3-4 metr qalınlıqda lil gəlməyə başlayıb.
 
Kiş kənd bələdiyyəsinin sədri Tərlan Nurməmmədov APA-ya verdiyi açıqlamada faktı təsdiqləyib. T. Nurməmmədovun sözlərinə görə, çaya gələn lil səbəbindən kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Belə ki, çaya gələn lil kəndi rayon mərkəzi ilə birləşdirən Kiş körpüsünü yararsız hala salıb. Yolun asfalt üzlüyünün üstündə 30-40 sm lil durduğundan yolu müəyyən etmək mümkün deyil.
 
Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, Kiş çayına lil  gəlməsi səbəbindən çayın üzərindəki iki körpü dağılıb, kəndlə gediş-gəliş əlaqəsi kəsilib. Məlumatda bildirilir ki, kəndin yuxarı hissəsində, çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində 20-yə qədər adam qalıb. Hazırda həmin istirahət mərkəzində qalan insanları təxliyyə etmək üçün əraziyə xüsusi texnika göndərilməsi planlaşdırılır. Rayon rəhbərliyinin və rayonun digər müvafiq qrumlarının əraziyə baxış keçirdiyi bildirilir.
 
Kiş çayına hündürlüyü 3-4 metr olan lilin gəlməsinə səbəb dağlıq əraziyə yağan güclü leysanın olduğu bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar