Şuşada silah-sursat aşkar edilib
11.01.2022 238 0.0 0

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə bu günlərdə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 “Faqot”, 5 ”Muxa”, 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı, 2712 müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, bu istiqamətdə tədbirlər davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar