Sürücülərin nəzərinə!-Bakıda mərkəzi yollardan birində hərəkət məhdudlaşdırılacaq
10.02.2016 396 0.0 0

"Formula-1" yarışı ilə bağlı paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.
 
Qazeta.info bildirir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, su borularının dəyişdirilməsi ilə əlaqədar olaraq 10-11 fevral tarixlərində İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq.
 
Bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcəklər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar