Sürücülərdən kreslo tələbinin səbəbi bəlli oldu
17.02.2017 1927 0.0 0

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərdən “avto kreslo” tələbinin səbəbi bəlli olub. Onsuz da qanunvericiliyin tələbi olan uşaqlar üçün ön oturacaqda xüsusi oturacaqdan istifadə etmənin xüsusi xəbərdarlıqla elan edilməsi media və sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Əksəriyyət bunun hansısa biznes marağına görə edildiyini açıqladı.

Qazeta.info “Qafqazinfo”nun  məlumata əsasən bildirir ki, yeni tələblər heç də “kreslo” satışına görə deyil.

Belə ki, bir neçə gün öncə Beynəlxalq Avtomobil Federasiyasının 3 əməkdaşı Bakıya təşrif buyurub. Onlar burada bir neçə gün monitorinq aparıblar, sonda isə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə qapalı görüş keçirilib. Həmin görüşdə 2-i qadın, 1-i kişi olan nümayəndə heyəti DYP rəhbərliyinə monitorinqlərinin nəticəsi barədə məlumat verib və bu işlərin həlli üçün fkir mübadilə aparıblar. Nümayəndə heyəti son illərdə görülən müsbət işləri yüksək qiymətləndirsələr də, görüşdə ən çox tənqid olunan sürücülərin kəmərdən düzgün istifadə etməməsi və ya ümumiyyətlə, istifadə etməməsi, həmçinin maşınlarda uşaqlar üçün xüsusi oturacaqların olmaması halları göstərilib.

Bundan sonra DYP rəhbərliyi bu problemin həll üçün çox tələbkar addımlar atmaq qərarı verib. Buna görə də şəhərdə bu hallara görə güzəşt edilməyəcəyi açıqlanıb. Bildirilir ki, beynəlxalq normalara görə də, 12 yaşdan aşağı uşaqların daşınması zamanı avto kreslolardan istifadə etmək tələbi məcburidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar