Sürücü ilə yol polisi arasında mübahisə: `Siz kimsiz mənə əmr verirsiz?`(VİDEO)
27.03.2017 1296 0.0 0

Qazeta.info Baku.ws-ə istinadla bildirir ki, polis yol hərəkəti qaydalarını pozduğunu iddia etdiyi sürücünü saxlayıb. Lakin polis əməkdaşı sürücüyə qayda pozuntusu faktını sübut edə bilməyib. Özünü sürücüyə təqdim edən polis əməkdaşı ona Nizami prospektində nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozduğunu bildirib. Sürücü isə yol polisindən qayda pozuntusunu izah etməyi tələb edib. Daha sonra sürücü belə bir qayda pozuntusuna yol vermədiyini, hadisənin görüntülərinin ona göstəriləməsini inadla yol olisi əməkdaşından tələb edib.

 

Sürücü yol polisi əməkdaşının ona qayda pozuntusu faktını düzgün izah etmədiyini bildirib. Ondan avtomobili tərk etməsini tələb edən polisə etiraz edən sürücü əmlakını tərk etməyəcəyini söyləyib.

 

Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar