Suriyanın bütün ərazisində atəşkəs rejimi qüvvəyə minib
30.12.2016 781 0.0 0

Suriya ordusu, razılaşmanın şərtlərinə uyğun olaraq, ölkənin bütün ərazisində hərbi əməliyyatları dayandırıb.Məlumata görə, bu barədə “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib.   
 
Bundan əvvəl Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.
 
Razılaşma “Cəbhə ən-Nüsrə” və İŞİD qruplaşmalarına şamil edilmir. /apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar