Suriyada terrorçular öz tərəfdaşlarına məxsus döyüşçü dolu avtobusu partladıblar
14.10.2016 719 0.0 0

Suriyanın Türkiyə ilə həmsərhəd Azaaz şəhəri yaxınlığında İŞİD-i dəstəkləyən “Cunud əl-Əqsa” radikal qruplaşmanın üzləri “Cəbhə ən-Nüsrə” terror qruplaşmasına keçən silahdaşlarının olduğu avtobusu partladıblar. Mətbuata istinadən verilən xəbərə görə, partlayış nəticəsində azı 17 nəfər ölüb.   

 

Qeyd edək ki, Suriyanın şimalında döyüşən “Cunud əl-Əqsa” iri radikal qruplaşması ötən bazar  “Cəbhə ən-Nüsrə” qruplaşması ilə birləşib. Lakin, məlumatlara görə, qruplaşmanın bütün üzvləri rəhbərlərin bu qərarını dəstəkləməyib.  

 

«“Cunud əl-Əqsa”-nın İŞİD-in tərkibində qalmaq istəyən üzvləri terror aktı törədərək, “Cəbhə ən-Nüsrə”yə qatılan silahdaşlarını öldürüblər», - deyə mənbə bildirib.     

 

Türkiyə mətbuatı hadisə nəticəsində 20-dən çox şəxsin öldüyünü bildirir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar