Suriyada silahlılar Rusiya aviabazasına hücum etməyə cəhd ediblər
24.12.2019 429 0.0 0

Suriyada qanunsuz silahlı qruplaşmalar pilotsuz uçuş aparatları ilə Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər.

"TASS"a istinadən verilən məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov deyib.

Y.Borenkov bildirib: "Dekabrın 22-si axşam saatlarında qeyri-qanuni silahlı qruplaşmaların üzvləri pilotsuz uçuş aparatlardan (PUA) istifadə edərək Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər. Saat 23:02-də Rusiyanın hava hücumundan müdafiə sistemləri aviabazaya cənub-şərq istiqamətindən yaxınlaşan 2 PUA aşkar edib və məhv ediblər".

Onun sözlərinə görə, xəsarət alanlar olmayıb, aviabazaya maddi ziyan dəyməyib, aviabaza "plan üzrə fəaliyyət göstərir"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar