Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 3-ü yaralanıb
26.11.2016 746 0.0 0

Türkiyə Silahlı Qüvvələrinin 1 əsgəri Suriyanın şimalında aparılan hərbi əməliyyat zamanı həlak olub, daha 3-ü yaralanıb.

 

“Millyet”-ə istinadən verilən xəbərə görə, şəhid və yaralılar  Türkiyəyə gətirilib.

 

Yaralı əsgərlərdən ikisi Kilis Dövlət Xəstəxanasına yerləşdirilib, şəhidin cənazəsi və yaralı  əsgər isə hərbi helikopterlə Gaziantep Universiteti Şahinbəy Araşdırma və Tətbiqi Xəstəxanasına çatdırılıb.

 

Bölgədə əməliyyatlar davam edilir. Xatırladaq ki, Türkiyə ordusu avqustun 24-dən Suriyada " Fərat Qalxanı” əməliyyatını həyata keçirir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar