Suriya XİN: Terrorla mübarizə Dəməşqlə əlaqəli şəkildə aparılmalıdır
24.09.2016 474 0.0 0

Suriyadakı terror qruplaşmaları ilə mübarizə hökumətlə əlaqəli şəkildə aparılmalıdır, əks təqdirdə bu vəziyyəti daha da gərginləşdirəcək.
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Suriya XİN rəhbəri Valid Müallem deyib.  
 
Nazirin sözlərinə görə, Dəməşq beynəlxalq ictimaiyyətin terrorla mübarizəyə yönəlmiş bütün səylərini daim alqışlayır.  
 
“Əlaqələdirmənin olmaması suverenliyin pozulması və açıq müdaxilə deməkdir. Əlaqələdirmənin olmaması əməliyyatların aparıldığı ərazilərdə vəziyyəti daha gərginləşdirəcək”, - deyə Muallem bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar