Suriya ordusu qədim Palmira şəhərinə daxil olub
02.03.2017 658 0.0 0

Suriya ordusu müttəfiqlərlə birgə İŞİD terror təşkilatını sıxışdıraraq Palmira şəhərinə daxil olub.

Bildirək ki, bu barədə Suriyanın İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinə istinadən "Reuters" məlumat yayıb.

Hökumət qoşunları şəhərə qərb rayonundan giriblər.

İŞİD terrorçuları şəhəri 2015-ci ilin mayında işğal ediblər. 2016-cı ilin martında yaraqlılar oradan çıxarılıb, lakin dekabr ayında İŞİD şəhər üzərində nəzarəti yenidən ələ keçirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar