Sumqayıtda yük avtomobilinə basqın edən maskalı şəxslər tutulub
16.06.2016 858 0.0 0

Sumqayıtda yük avtomobilinə basqın edən şəxslər saxlanıb.
 
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov tutulub. Hadisə iştirakçılarından Azər Zəkiyev isə müəyyən edilib. Onun yaxalanaraq istintaqa təqdim olunması üçün zəruri tədbirlər görülür. 
 
Qeyd edək ki, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb.
 
Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə basqın edən maskalı şəxslər onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb, hadisə yerini tərk ediblər. 
 
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar