Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb
22.11.2019 523 0.0 0

Ötən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar