Stoltenberq: `NATO Rusiya ilə müharibə axtarmır`
04.03.2022 257 0.0 0

“Rusiya ilə müharibə axtarmırıq, münaqişə tərəfi deyilik”.

Məlumata görə, bunu NATO Baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin XİN rəhbərlərinin fövqəladə iclası ərəfəsində ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdən əvvəl deyib.“NATO müttəfiqləri Rusiyaya sanksiyalar tətbiq edib, Ukraynaya dəstək verirlər, lakin eyni zamanda, qeyd edim ki, NATO müdafiə alyansıdır, biz Rusiya ilə müharibə və ya münaqişə axtarmırıq. Bu münaqişənin bir hissəsi deyilik. Amma bu, hər bir müttəfiqimizin qorunması və müdafiə edilməsi ilə bağlı yanlış anlaşılmalara səbəb olmasın, biz hər bir üzvümüzü qətiyyətlə qoruyacağıq. Bu gün iclasda Rusiyanın Ukraynaya qarşı qəddar işğalına necə cavab verməyi, həmçinin bunun uzun dövr üçün təsirlərini müzakirə edəcəyik”.

Stoltenberq Zaporojye AES-ə hücumlardan narahatlığını da dilə gətirib.

“Mülki əhaliyə qarşı hücumları ən sərt şəkildə qınayırıq. Bu gün gecə Atom Elektrik Stansiyasına zərbələrlə bağlı məlumatlar aldıq. Bu, müharibənin nə qədər təhlükəli olduğunu göstərir. Bu, müharibəni bitirməyin və Rusiya qüvvələrinin Ukrayna ərazisindən tamamilə çəkilməsinin vacibliyini göstərir”, -NATO Baş katibi vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar