Tarix: 04.12.2016,   Saat: 05:55, Bazar.          

Stalinin GİZLİ AZƏRBAYCAN SİYASƏTİ: Qorki vasitəsilə türklərə qarşı atılan addımlar - FOTO

Sovet İttifaqının dağılmasıyla orta və ali məktəblərdə sosializm quruluşunun təbliğatı üçün yaradılmış çox ədəbi əsərlərin öyrənilməsi başa çatdı.

Əlbəttə ədəbi-estetik nöqteyi-nəzərdən onların öyrənməsi xüsusi əhəmiyyət kəsb eləmir. Ancaq bəziləri bundan tarixi mənbə kimi (məsələn etnoqrafik material baxımından) istifadə edə bilərlər. Necə ki, ayrı-ayrı vaxtlarda SSRİ rəhbərləri, o cümlədən İosif Stalin bundan yararlanırdı.

Məlum olduğu kimi, XX əsrin 30-cu illərinin ortalarında "xalqlar atası”nda qəflətən pantürkizmə qarşı qorxunc allergiya yarandı. SSRİ rəhbərliyində çalışan şəxslər rəhbərin bu naxoşluğunun öhdəsindən gəlməyə çalışaraq, bütün allergik qıcıqlandırıcıları kökünü kəsməyə öhdələrinə götürdülər.

Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, “pantürkləri” deportasiya edən, sürgünə göndərən, güllələdən sovet rəhbərləri sevinc içində toplaşaraq diktatorun bu barədə göstərişini uğurla həyata keçirmələri barədə xəbəri Stalinə vermək istədilər. Lakin Cuqaşvili “Ay yay-yay, yenə türklər!” – dedi. Kreml kabinetinin hər küncündə yenidən “xalqlar atası”nın gözünə pantürkistlər görünməyə başladılar.

- Bu türklər daha harada qaldılar? – deyə rəhbər qəzəblə soruşdu.

- Türklər uzaq bir cənub respublikasında - Sovet Azərbaycanında yaşayırlar. – deyə Stalinin əsabələrindən biri cavab verdi.

- Hmm, – deyə rəhbər guya Bakı haqqında ilk dəfə eşidirmiş kimi özünü bilməzliyə qoydu. Halbuki onun yaddaşında köhnə şəhərin əyri küçələri, bir zamanlar cəza çəkdiyi Bayıl həbsxanası canlandı.

- S-s-s Sovet Azə...

- Aydındır, məşğul olun, - bu, rəhbərin deportasiya haqqında qısa əmri idi.

Lakin o, dərhal hiyləgərcəsinə nəsə fikirləşdi:

- Yox, dayanın, sovetlər ölkəsində sonuncu türklərlə mən özüm məşğul olacam.

 

 

Bu arada Maksim Qorki ilə bağlı bir sıra maraqlı məqamları vurğulamaq yerinə düşür. İlk öncə qeyd edək ki, Qorki Bakıya Stalinin türklərə allergiyası olmayan vaxtlar gəlmişdi.

1936-cı ilə qədər Sovet Azərbaycanının əhalisi özlərinin qədim əcdadlarının adlarını daşımağa davam edirdi. Pasportlarda, rəsmi sənədlərdə, kitablarda, qəzetlərdə - hər yerdə türklər adlandırılırdılar.

Bakıya sovet işğalından əvvəl qonaq gələn Maksim Qorki özünün qısa hekayələrində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra “bolşevik” qayğısını təsvir edərək, Bakının əsaslı şəkildə dəyişilməsindən yazırdı.

"Bakını tanımaq çətindir. Burada "tatar" evlərindən çox az qalıb. Hər yerdə çox sağlam, şən uşaqlar var və mən onlardan hansının türk, hansının rus olduğunu ayıra bilmirdim. Hətta qədim Qız Qalası cavanlaşmış kimi görünür və şəhəri özünün orijinal formasıyla bəzəyir”, – deyə o yazırdı.

 

 

Beləcə, qəmgin "tatar" - şən sovetə çevrildi. Özü də tatar sözünü dırnaq işarəsinin içində yazırdı.

Maksim Qorki Bakı haqqında qısa hekayəsində latın əlifbası haqqında da yazırdı. Bu plan SSRİ-nin bütün türk xalqlarını bölmək məqsədilə bolşeviklər tərəfindən düşünülmüşdü. Otuzuncu illərin ortasında Stalin latın qrafikalı əlifbanın ləğvini və bütün türk xalqlarının yazışmalarının rus (kiril) hərflərilə aparılmasını əmr etdi.

"Daha çox, ölçüyə gəlməz dərəcədə təəssürat Bakıda türklərin mədəni bayramı ilə bağlıdır. Belə ki, paytaxtda latın əlifbasının altıillik ildönümünü bayram edilirdi. Səməd Ağamalıoğlu - ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsinin təşəbbüskarı cavan oğlanlar kimi alovlu nitqlərlə çıxış edirdi. Natiq Vladimir İliçin ona dediyi “Latın əlifbası ilk addımdır. Siz bununla türklər arasında mədəni inqilaba başlayırsınız” – sözlərini qürurla yada salırdı.

Yeri gəlmişkən, Maksim Qorki bu vaxtlar tez-tez “azərbaycanlı” terminindən istifadə etməyə başlamışdı. “Azərbaycanlılar - bu Azərbaycanın bütün sakinlərinin ümumiləşdirilmiş adıdır, hansılar ki, bu halda müxtəlif etnoslara aid ola bilərlər” – deyə o davam edirdi: "Mən bu insanlara baxırdım, onların nitqlərinə qulaq asırdım və inana bilmirdim ki, bir az əvvəl rus məmurları çar hakimiyyətini gücləndirməyə çalışaraq, türklərlə və ermənilər arasında qanlı düşmənçilik yarada bildilər. Mən bir vaxtlar mütləqiyyətin tayfaların düşmənçiliyini təhrik edən bu cinayəti haqqında yazırdım. Hansı ki, təhrikçi kütləvi qətllərlə müşayiət olunun iyrənc işindən iyrənmirdi. Budur: azadlıq küləyi əsdi. Keçmişə aid dəhşətlər məhv olub getdi. İndi tez-tez türk məktəblərində ermənilər dərs deyirlər, Azərbaycanın kəndliləri Ermənistanın gözəl dağlarının yamaclarında öz mal-qaralarını otarırlar və Sovet İttifaqının zəhmətkeş xalqı vahid yaradıcılıq işinə cəlb olunacaq”.

Sual olunur: - Qorki bu sifarişli işdə "erməni-tatar" qətliamını xatırlamaya bilərdimi? Əlbəttə yox! Bu arada maraqlı bir fakta diqqət edək. Belə ki, bolşevik yazıçısının “Ermənistanın gözəl dağlarının ətəyində” sözləri Azərbaycan kəndlilərini heyrətləndirdi. Lakin onlar bilmirdilər ki, doğma Zəngəzur və Göyçə diyarları tədricən erməniləşdirilir.

 

 

 

Nəhayət, yenidən Maksim Qorkinin bir zamanlar peyğəmbərcəsinə dediyi fikirlərini xatırlatmaq yerinə düşür. Sovet ədəbiyyatının bu korifeyi anlayırdı ki, yoldaş Stalin onu Sovet İttifaqının bütöv xalqlarının adının genişmiqyaslı dəyişdirilməsi planlarına sərf etdi.

"Hələ qədim dövrlərdən Bakıda insanlar küləkdən əziyyət çəkdiklərindən qəsəbə evləri birmərtəbəli tikilirdi. Hər qəsəbədə türk ailələri rus ailələrilə yanaşı yaşayırlar. Uşaqlar birlikdə tərbiyə olunurlar. Bu iki onillik sonra nə türkün, nə də rusun olacağı haqda ümid yaradır. Zəhmətkeşlər ümumdünya qardaşlığı ideyasıyla sıx birləşdiriliblər"

Əslində onun dedikləri doğru çıxdı. Amma Qorkinin proqnozlarının yalnız birinci hissəsi reallaşdı. Belə ki, tezliklə Sovet Azərbaycanında türklər doğrudan da rəsmi şəkildə olmadı. Ancaq yalnız türklər! Proqnozların ruslara aid hissəsi isə söz olaraq qaldı.

 

 

Əlbəttə türklər fiziki cəhətdən yox olmadılar. Amma Stalin türklərə qarşı allergiyası ona gətirib çıxardı ki, bütöv xalqın qədim adı 1936-cı ildə Kremldən bir təlimatla dəyişdirildi. Beləcə, "azərbaycanlı" termini hansı ki, "Azərbaycan sakini" kimi izah edilir, özündə heç bir etnik və milli məna daşımır.



  Bölmə: Maraqlı | Baxış sayı: 1036 | Tarix: 16.10.2016, 13:17


Xəbərlər