Şotlandiyada qəsrdə yaşamağa hazır olan işçi axtarılır
17.12.2019 482 0.0 0

Şotlandiyanın qəhvə şirkəti "Carlowrie Castle" qəsrində bir həftə yaşamağa hazır olan əməkdaş axtarır.

Bu barədə "Lonely Planet"ə istinadən bildirilir.

Müsabiqə hamı üçün açıqdır. Qalib gələn namizəd 5000 dollar məbləğində maaşdan başqa qəsrin şəxsi qulluqçusunun xidmətlərindən istifadə edəcək.

Burada qalacaq şəxsə gündə 5 dəfə qidalanma vəd verilir. Müsabiqədə qalib gələn şəxs bura özü ilə yaxın adamı gətirə biləcək.

Müsabiqədə iştirakla bağlı anketi dekabrın 21-dək vermək lazımdır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar