SOS! «YAŞILLIQ QATİLLƏRİ» MEHDİABADDA ZEYTUN BAĞLARINI BİTİRDİ-FOTOLAR
29.01.2015 847 0.0 0

Mehdiabadda bələdiyyə tərəfindən yolların satıldığı və küçələrin eninin əsassız olaraq minumum ölçüdə 5.5 və 6 metr saxlanması haqda ötən ayların birində məlumat yayımlamışdıq.  

Bu gün əldə etdiyimiz məlumata görə, Mehdiabad bələdiyyəsi qəsəbənin bağlar yaşayış massivində yeni tikililər üçün ayrılmış ərazidə yaşıllıqlara qarşı “soyqırım” mərhələsinin son həddinə çatıb. Belə ki, bir neçə ildir ki, yolun kənarında yerləşən yaşıllıq zolağı bələdiyyənin tamahının qurbanı olub. Yaşıllıq zolağı bələdiyyə tərəfindən satılır.

Xatırladaq ki,  bir neçə il bundan əvvəl şəkildə görünən hissə zeytun ağacları əkilmiş sıx yaşıllıq zolağı olub. Ötən ilə kimi burada uzunluğu 600, eni 30-40 metr arası zeytun ağacları olsa da, bu il ağaclar tamam kəsilərək yerində evlər tikilib.

 

Əlbəttə hazırkı durumda bələdiyyə və icra strukturları bu halların baş verməsi ilə ittiham olunsa ənənəvi olaraq “məlumatsızıq”, “bu barədə ölçü götürüləcək”,bu ərazilər vaxtı ilə pay torpağı kimi verilib” cavabaları ilə qarşılaşacağıq.

Lakin hamıya məlumdur ki, hər gün yerli bələdiyyənin və icra strukturlarının nəzarət altında saxladığı və tikililərin kimlər (özbaşına tiklilərin qarşısını almaq məqsədi üçün)  tərəfindən həyata keçirildiyinə dəqiq nəzarət olunsa da, ötən bir neçə ildə “yaşıllıq zolağının yoxa çıxmasını” müşahidə edən olmayıb.

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və müvafiq güc strukturları bu məsələdə günahkarların əsil səbəbkarlarını cəzasız qoymayacaq.

P.S Məsələyə aidiyyatı olan tərəflərin mövqeyini əks etdirməyə hazırıq.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar