Soros xəbərdarlıq etdi: Dünyanı daha ciddi böhran gözləyir
07.01.2016 587 0.0 0

 

ABŞ milyarderi Corc Soros dünyada yeni, daha ciddi böhranın yaşanacağını açıqlayıb. APA TV-nin  “Bloomberg”ə istinadən xəbərinə görə, Soros qeyd edib ki, dünya bazarlarında narahatlıq və çaşqınlıq hökm sürür və investorlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar.

Soros hesab edir ki, bu böhran Çinin öz valyutasının dəyərini dollara nisbətdə aşağı salması ilə daha tez reallaşa bilər. Çünki Çin bu addımı ilə öz iqtisadiyyatını daha da inkişaf etdirmək üçün yeni modellər axtarışındadır.
Milyarder vurğulayıb ki, hazırda bazarlarda yaşanan reallıq 2008-ci ildə baş verən vəziyyətin eynisidir. 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar