SON DƏQİQƏ: Rusiyada nüvə raketi partladı, ətrafa radiasiya yayılır, ölənlər var
26.08.2019 746 0.0 0

Rusiyanın raket sınağı zamanı baş verən qəza nəticəsində nüvə radiasiyasının sızıntısı qeydə alınıb.

Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, Rusiya Meteoroloji İdarəsi ölkənin şimal-qərbindəki Arxangels vilayətində radiasiya sızıntısının ortaya çıxdığını açıqlayıb.

“Havaya strontiyum, baryum və lantanum maddələrinin yayıldığı aşkarlanıb”, - açıqlamada deyilir.

Avqustun 8-də Şimal Qütbü bölgəsindəki Noyonoksa Donanma Bazasında baş verən raket partlaması nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Beynəlxalq Nüvə Sınaqlarına Qadağa Müqaviləsi Təşkilatı qəzadan sonra nüvə radiasiyasının yayıldığını açıqlamış, lakin Rusiya bunu təkzib etmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar