Son 7 ayda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb
16.09.2016 594 0.0 0

Ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə yanvar-avqust aylarında 67,1 mln. ton yük, 805,9 mln. sərnişin daşınıb.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir.

 

Sərnişinlərin 96,1%-i və ya 774 milyon 469 min nəfəri avtobus, 3,9%-i və ya 31 milyon 431 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.

 

Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar