Şolts Rusiya diplomatları ilə bağlı doğru qərar verildiyini açıqlayıb
16.12.2021 334 0.0 0

"Berlin Ali Məhkəməsinin Gürcüstan vətəndaşının qətli ilə bağlı çıxardığı hökm pis hadisələrin baş verdiyinə aşkar sübutdur, Almaniya iki rus diplomatını ölkədən çıxarmaqla buna aydın cavab verdi".

TASS-a istinadən verilən xəbərə görə, bunu Almaniya kansleri Olaf Şolts Aİ sammitinə qatılmazdan əvvəl jurnalistlərə deyib.
"Tiergartendə qətllə bağlı hökm burada pis hadisələrin baş verdiyinin açıq sübutudur, ona görə də Almaniya XİN-in buna aydın cavab verməsi tamamilə düzgündür”, -deyə kansler Şolts bildirib.

Qeyd edək ki, dekabrın 15-də Berlin Ali Məhkəməsi Gürcüstan vətəndaşının qətlində günahlandırılan Rusiya vətəndaşına ömürlük həbs cəzası verib. Məhkəmə prokurorluğun qətlin Rusiyanın dövlət strukturları tərəfindən sifariş olunması ilə bağlı arqumentləri ilə razılaşıb.

Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin iki əməkdaşını "persona non-qrata" elan edib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar