SOCAR işçi axtarır - 1000 manat maaş
08.06.2016 1519 0.0 0


2 ildən yuxarı iş təcrübəsi olmalıdır.

Dövlət Neft Şirkətinin (SOCAR) yanında “Azneft” İstehsalat Birliyi mədəniyyət evinin direktoru vəzifəsi üzrə vakansiya elan edib. 

Bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verilir. 

Şirkətdən verilən məlumata görə, adıçəkilən vəzifə üzrə maaşın məbləği 1018 manat təşkil edir. 

SOCAR-dan qeyd olunub ki, mədəniyyət evinin direktoru vəzifəsinə namizəd olan şəxslər bakalavr təhsili olmalı və bu sahə üzrə 2 ildən yuxarı iş təcrübəsi olmalıdır. 

Qeyd edək ki, vakansiya üzrə son müraciət tarixi iyunun 13-dəkdir. 

Vakansiya ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar./oxu.az/

 

http://careers.socar.az/VacView?Vid=9294


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar