SOCAR ABŞ-da evlənən eynicislilər haqda məlumatı yaydı
25.05.2015 1200 0.0 0

 

Bu gün ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində eynicinsli nikah qeydə alınıb.

Qazeta.info bildirir ki bu haqda Virtualaz.org saytı xəbər verib.

 

Bildirək ki, bu nikah barədə “The New York Times” qəzeti yazıb. Qəzetin xəbərində deyilir ki, bu gün Kuinsidə, “Squantum Point”də Rozali Hyuz Fatsio ilə Elnarə Eynullayeva nikaha giriblər. Massaçusets ştatından senator Maykl C.Barret nikah şahidliyi edib. Cütlük Fatsio-Eynullayeva familiyasını götürüb.

Xanım Fatsionun 32 yaşı var və senator Barretin hüquq müşaviridir. Uesli kollecini bitirib və Kolumbiya Universitetindən hüquqşünas ixtisası alıb. O, Massaçusets ştatından İosif Fatsio və Debra X.Fatsio Berlinqtonların qızıdır.

İosif Fatsio Kembricdəki Massaçesets Biotexnologiya Şurasının maliyyə məsələləri üzrə vitse-prezidentidir, Debra X.Fatsio Berlinqton isə Massaçusets Texnologiya İnstitutunun kitabxanasının əməkdaşıdır.

Qəzet yazır ki, xanım Eynullayevanın 28 yaşı var, Massaçusets, Ualthamdakı “Trinity Partners”də səhiyyə iqtisadiyyatı üzrə işləyir. O, Massaçusets Universitetini əla qiymətlərlə bitirib və Konnektikut Ştatı Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Elnarə Eynullayeva Bakıda anadan olub, Kamal Eynullanın və Tünzalə Eynullanın qızıdır. Tünzalə Eynulla Massaçusets ştatı, Sprinqfildə yaşayır. Bildirək ki yayılan məlumata görə , Elnarənin atası SOCAR-da mexaniki müfəttişi olası barədə məlumat verilib. Anası Sprinqfild şəhərinin dövlət məktəblərində müəllim əvəzi işləyir, eyni zamanda dəriyə qulluq məhsulları istehal edən “Dilaura Naturals” şirkətinin əsasını qoyub.

Bildirilir ki, xanım Eynullayevanın bundan əvvəlki nikahı boşanma ilə nəticələnib.

Bu arada bildirək ki, SOCAR-ın Mətbuat Xidməti yayılan bu xəbər haqda məlumat yayıb.
                               
 
SOCAR-ın yadığı məlumatda bildirilir ki,  "bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar bildiririk ki,
SOCAR-ın strukturuna daxil olan müəssisələrdə Kamal Eynullayev və yaxud Kamal Eynulla adında bir şəxs işləmir.
"

 

 

                               

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar