Şöbə rəisinin maşını ilə gəlin gətirməyə gedən şəxs piyadanı vurub
06.12.2016 1387 0.0 0

Ağdam rayonunda gəlin gətirməyə gedən avtomobil qəza törədib. 
Məlumata görə,  rayonun Səfərli kəndi ərazisində toy karvanında "gəlin maşını" piyadanı vurub. 

Ağdam rayon sakini Qabil İbadova məxsus 99- HS-066 dövlət qeydiyyat nömrə nişanlı "Lexus" markalı avtomobillə onun dostu Ruslan Hüseynov gəlin gətirməyə gedərkən idarəetməni itirib və dəmir hasarı aşaraq yolun kənarında yerləşən evin həyətinə girib. Nəticədə evin həyətində olan İlhamiz Quliyevi vurub. Yaralı təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, "Lexus" marakalı avtomobilin sahibi Q.İbadov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Ağdam rayon şöbəsinin rəsidir.
Faktla bağlı araşdırmalara başlanılıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar