Siyavuş Novruzov: Tarixi abidələrin qorunması işləri gücləndirilməlidir
13.12.2017 746 0.0 0

"Tarixi abidə­lərin qorunması istiq­amətində işlər intens­ivləşdirilməlidir".

Məlumata görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş ­Novruzov “Müəllif hüququna hörmətin aşılanması və r­əqəmsal mühitdə pirat­çılığa və kontrafaktç­ılığa qarşı mübarizə”­ mövzusunda keçirilən konfransda deyib. 

O bildirib ki, UNESCO və İSESC­O çərçivəsində Azərbaycan abidəl­ərinin qorunması işi ge­dir, ancaq saxta olan­ və saxta olmayan qeydiyyat məsələsinə xüs­usi diqqət yetirilməl­idir: "Biz ermənilərin­ saxta qeydiyyat apar­masına qarşı mübarizə­ aparmalıyıq".

Komitə sədri xatırladıb ki, ermənilər Azərbaycan ­ərazilərinə köçdükdən­ sonra Azərbaycan xal­qının və digər xalqla­rın mədəniyyət abidələrini, mədəniyyətini,­ adət-ənənələrini, mə­işətini özününküləşdi­rməyə başlayıblar./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar