Siyavuş Novruzov: Sarkisyan rejimi ölkədaxili qarşıdurmadan yayınmaq üçün cəbhədə vəziyyəti gərginləşdirir
13.02.2017 1156 0.0 0

Ermənistan hərbçiləri tərəfindən cəbhədə təxribatların artması Serj Sarkisyan rejiminin ölkə daxilində sabitlik yaratmaq cəhdidir. Qazeta.info bildirir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov qeyd edib ki, Ermənistan cəmiyyətində gərginlik getdikcə artmaqdadır. İqtisadiyyat çöküb, ölkə rəhbərliyinin cinayət əməlləri cəmiyyətdə ciddi narahatlıq yaradıb. Ermənistanda işsizlərin sayı durmadan artır, vətəndaşlar aclıq, səfalət içərisində yaşayırlar. Ona görə də əhalinin bir hissəsi Ermənistanı tərk edir, köçmək imkanı olmayanlar isə hakimiyyətdən narazıdırlar. Bu baxımdan bütün müxalifət partiyaları birləşərək, hətta sabiq dövlət məmurları bir araya gələrək Serj Sarkisyan hakimiyyətinə qarşı mübarizəni gücləndiriblər.

“Serj Sarkisyan daxili qarşıdurmadan yayınmaq üçün cəbhədə vəziyyəti gərginləşdirir. Ancaq Azərbaycan Milli Ordusu düşmənin bütün diversiya qrupunun təxribatlarının qarşısını layiqincə alır və tutarlı cavab verir”, - deyə S.Novruzov bildirib.

Xatırladaq ki, təkcə fevral ayında Azərbaycan Milli Ordusu Ermənistan hərbçilərinin 10-a yaxın təxribatının qarşısını alıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar