Siyavuş Novruzov: `Gənclər arasında narkomaniya geniş yayılıb`
27.12.2021 1004 0.0 0

“Gənclər arasında narkomaniya geniş yayılıb”.

Məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyvuş Novruzov “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, dekabrın 23-də polis narkotik satan, yaşı 30-dan aşağı olan 33 gənci saxlayıb: “Bu, tək bir günün statistikasıdır. DİN-in, Gömrük Komitəsinin statistikaları var. Biz hamılıqla buna qarşı mübarizə aparmalıyıq. Gənclərin düzgün tərbiyə olunmasına çalışmalıyıq. Ailə problemlərinin çox hissəsi də burdan başlayır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar