Siyavuş Novruzov: `Elman Rüstəmova təşəkkür etmək lazım idi`
12.04.2022 14283 0.0 0

“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələni təqdim edərkən Elman Rüstəmova təşəkkür etməli idi. Çünki o uzun müddət ölkənin bank sektorunun rəhbəri vəzifəsində işləyib”.

Məlumata görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda kreditlər birrəqəmli faizlərlə verilməlidir:

“Ümid edirəm ki, yeni tərkib ölkənin pul-kredit sistemini uğurla həyata keçirəcək”./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar