Şirkətdən içində külli miqdarda pul olan seyf oğurlanıb
29.09.2016 525 0

Gəncədə oğurluq hadisəsi baş verib. Məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən şirkət nümayəndəliyində qeydə alınıb. Maskalı bir neçə nəfər rumın gözətçisini döyərək oradan içində pul olan seyfi aparıblar. Seyfdə təxminən 60 min manata yaxın pul olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa/
Digər xəbərlər:
Şərhlər