Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə hədələyib
22.08.2017 664 0.0 0

“Şimali Koreya  Quama zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərini sona çatdırıb və ABŞ özünü ağıllı aparmasa, zərbə endiriləcək”.   Məlumata görə, bunu Şimali Koreyanın Rusiyadakı müvəqqəti işlər müvəkkili  Zin Çjon Xep deyib.

 

“Bunu etməyəcəkləri təqdirdə onlar dünya ictimaiyyəti qarşısında Koreya yarımadasında növbəti dəfə rüsvay olacaqlar”, - deyə o bildirib.   

 

Xatırladaq ki, Şimali Koreya bundan əvvəl Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyini bəyan etmişdi.  Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus “Andersen” aviabazası və “Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.

 

ABŞ prezidenti Donald Tramp, öz növbəsində,  ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar