Şimali Koreya qitələrarası raket üçün yeni mühərriki sınaqdan keçirib
23.06.2017 652 0.0 0

Şimali Koreya qitələrarası ballistik raket üçün yeni mühərriki sınaqdan keçirib. Məlumata görə, bu barədə  “Fox News”a ABŞ kəşfiyyat qurumlarından bildirilib.

 

Məlumata görə, raket buraxılışı iyunun 21-də həyata keçirilib. Təfərrüatlar hələlik açıqlanmır.  

 

Cənubi Koreyanın prezidenti Mun Çje İn bundan əvvəl Şimali Koreyanın yaxın gələcəkdə ABŞ ərazisində hədəfləri vura biləcək qitələrarası ballistik raketlərin texnologiyasının mənimsəyəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

 

Qeyd edək ki, BMT iyunun əvvəlində mütəmadi raket buraxılışları ilə bağlı Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar