Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirməyə hazır olduğunu Rusiyaya bildirmişdi
12.11.2017 1060 0.0 0

Oktyabrda Rusiyada səfərdə olmuş Şimali Koreyanın nümayəndə heyətinin prezident Vladimir Putinə təqdim etdiyi məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu bildirilib.    

 

Məlumata görə, bu barədə “RİA Novosti”yə adı açıqlanmayan mənbə bildirib.

 

“Valentina Matviyenko (Rusiya Federasiya Şurasının spikeri-red.) vasitəsi ilə Vladimir Putinə çatdırılan məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu qeyd olunub. Amerika tərəfi həmin məktub barədə məlumatlandırıldıqdan sonra Vaşinqtonun KXDR-ə dair mövqeyi dəyişdi”, - deyə mənbə bildirib./apa/


Teqlər:Şimali Koreya

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar