Şimali Koreya ABŞ-a belə zərbə endirəcək - VİDEO
19.04.2017 1033 0.0 0

Şimali Koreya ABŞ-a raket zərbəsinin təqlid edildiyi videoçarx hazırlayıb.

“RİA-Novosti”yə istinadən xəbər verilir ki, videoçarx Koreya Xalq Demokratik Respublikasının (KXDR) banisi Kim İr Senin anadan olmasının 105-ci ildönümünə həsr olunmuş təntənəli mərasimlər zamanı nümayiş etdirilib.

Kadrlardan görünür ki, raket Sakit okeanı keçir və ABŞ şəhərlərindən birinə zərbə vurur. Növbəti səhnədə qəbiristanlıq fonunda yanan Amerika bayrağı görünür./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar