Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 5.5 dərəcəyə düşüb
17.10.2016 517 0.0 0

Şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb.

 

Məlumata görə, ən çox qar rayonun Xınalıq kəndinə düşüb. Burda qarın hündürlüyü 18 sm çatıb. Temperatur isə mənfi 5.5 dərəcəyə enib.

 

Qonaqkənddə isə qarın hündürlüyü 11 sm-dir. Qubanın digər ağlıq ərazilərinə də qar yağıb. Həmin ərazilərdə qarın qalınlığı 1-5 sm-dir.

 

Qusarın Ləzə kəndində isə qarın hündürlüyü 5 sm-ə qədərdir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar