Silvestr Stallone hansı aktyorların `Rembo` roluna namizəd olmalarından danışıb
23.09.2019 590 0.0 0

Dünya şöhrətli aktyor, rejissor və prodüsser Silvestr Stallone ona qədər hansı aktyorların "Rembo" filmində baş rola namizd olmalarından danışıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə aktyor "The Hollywood Reporter" nəşrinə müsahibəsində bəhs edib.

Aktyor bildirib ki, Vyetnam müharibəsi veteranı Con Rembo roluna sınaq çəkilişi üçün əvvəlcə Pol Nyuman, Al Paçino, Robert De Niro, Ceyms Qarner, Rayan O'Nil, Stiv Makkuin və Dastin Hoffman namizəd olublar. Lakin sonda bu rol Stalloneyə həvalə edilib.

"Con təcavüzkar deyildi. O, heç kəsə ziyan vurmurdu, sadəcə istəyirdi ki, onu sakit buraxsınlar", - deyə Stallone bildirib. Aktyor xatırladıb ki, döyüş filmi layihəsi "Warner Bros" kinostudiyasında 10 ildən çox öz saatını gözləyib.

"Mən heç vaxt düşünmürdüm ki, "Rembo" kinoteatrlarda nümayişə qədər gəlib çıxacaq. Əvvəlcə filmi yaymaqdan imtina etdilər, qalan bütün lentlər kirayəyə buraxılmışdı", - Stallone deyib.

İlk "Rembo: Birinci qan" ("First Blood") filmi 1982-ci ildə çəkilib. Rejissor Ted Kotçeffin 15 milyon dollarlıq filmi dünya kirayəsində 125,2 milyon dollardan çox gəlir qazanıb. İndiki qiymətlərlə bu göstəricilər müvafiq olaraq 43 milyon və təxminən 332 milyon dollar təşkil edir.

Qeyd edək ki, hazırda Stallonenin 73 yaşı var. O, öz yaradıcılıq karyerası ərzində 50-dən çox filmdə çəkilib. Aktyor ən çox "Rocky" və "Rembo" rolları ilə məşhurdur.

Bir qədər əvvəl isə Silvestr Stallone Vyetnam müharibəsi veteranının - Con Rembonun həyatı və mübarizəsi haqqında növbəti, sayca beşinci film üzərində işi tamamlayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar