SİLAHLILAR YƏMƏNDƏ PREZİDENT İQAMƏTGAHINI ƏLƏ KEÇİRDİ
20.01.2015 769 0.0 0

Yəmənin paytaxtı Sanada Husi-lərin yenidən Prezident Gözətçiləri ilə qarşıdurmaya girdiyi bildirilir.
 

Əldə edilən məlumata görə, bu gün Yəmənin paytaxtı Sanada prezident Abdurabbu Mansur Hadinin evinin ətrafına silah səsləri gəlməyə başlayıb.

Şahidlərin bildirdiyinə görə isə bölgədən gələn ağır silah səslərindən sonra Husilərin yenidən Prezident Gözətçiləri ilə qarşıdurmaya girib.Qarşıdumalarda hökumət qüvvələrini üstələyən Ensarullah Hərakatının (Husilər) tabeçiliyində olan silahlı qüvvələrin bölgədəki nəzarəti gün içində əlində saxladığı müşahidə olunub.

Xatırladaq ki, prezident Abdurabbu Mansur Hadinin aparat rəhbəri Əhməd Avad bin Mübarəkin şənbə günü qaçırıldığı ölkədə gərginlik, dünən səhər Husilərin, paytaxtdakı Prezident Sarayı ilə Hadinin Sittin Prospektindəki iqamətgahına hücumuyla gərginləşmişdi. Qarşıdurmalarda 9 nəfər ölmüş, 80 nəfər yaralanmışdı. Qarşıdurmalardan sonra gününün ikinci yarısından sonra tərəflər arasında əldə olunan  razılaşma nəticəsində atəşkəs təmin edilmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar