Əsgərlərimiz tezliklə ABŞ-a gələcəklər - İran generalı
04.11.2016 765 0.0 0

ABŞ və Avropa ölkələrinə İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri göndəriləcək.

 

Newsru.co.il saytına istinadən xəbər verilir ki, bunu İranın Hatəm əl Ənbiya bazasının komandanının müavini, general Salar Abnuş söyləyib. Onun sözlərinə görə, bu barədə əmri İran Ali dini lideri Ayətullah Əli Xamenei verib:

 

“Bütün dünya bilməlidir ki, tezliklə, Keşikçilər Korpusunun əsgərləri Avropa və ABŞ-a gələcəklər. İslam İnqilabı Keşikçilər Korpusu daim hazırlıq vəziyyətindədir. Onun yeganə vəzifəsi ali rəhbər və inqilabın qayğısına qalmaqdır. Bu məqsəd heç bir coğrafi sərhəd tanımır”. /axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar