Şeyxə dəvət gəldi
10.03.2015 753 0.0 0

Martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Amangeldi Jumabayevi qəbul edib.

QMİ-də keçən görüşdə Qazaxstan səfirini salamlayan Qafqazın Şeyxülislamı  Qazaxstan Respublikasının prezidenti Nursultan Nazarbayevi bu il Qazaxstanda keçiriləcək növbədənkənar prezident seçkilərinin keçirilməsini düzgün addım kimi qiymətləndirmiş və Nazarbayevin həmin seçkilərdə inamla qələbə çalacağından əmin olduğunu dilə gətirib. QMİ-nin sədri qardaş Qazaxstan xalqına sülh, əminamanlıq və tərəqqi arzularını bildirib. 

Öz növbəsində səfir Jumabayev Şeyxülislam Allahşükür Paşazadəyə bu ilin iyun ayında Qazaxstan prezidenti Nursultan Nazarbayevin rəhbərliyi altında Astanada keçirilməsi nəzərdə tutulan Dünya və Ənənəvi Dinlərin Liderlərinin V qurultayına həmin qurultayın sədri Kasım-Jomart Tokayevin dəvət məktubunu təqdim edim. Jumabayev qeyd etmişdir ki, Şeyxülislam Həzrətlərinin iştirakı qurultayın dəyərini artıracaq. 

Dəvətə görə öz təşəkkürünü bildirən QMİ-nin sədri əmin olduğunu bildirib ki, Dünya və Ənənəvi Dinlərin Liderlərinin növbəti qurultayı yer üzündə sülh, siyasi istiqrar və əminəmanlığın bərqərar olmasına mühüm töhvə verəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar