Seyran Ohanyan Ermənistan hakimiyyətinə qarşı çıxdı
17.02.2017 879 0.0 0

“Mən xalqın əksər hissəsi kimi, Ermənistanda bugünkü hakimiyyətin əleyhinəyəm”.

“news.am”a istinadən verilən məlumata görə, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən olan Seyran Ohanyan deyib.

O bildirib ki, Ermənistan prezidenti ilə heç bir problemi yoxdur: “Sadəcə, bizim idarəçiliklə bağlı fərqli görüşlərimiz var”.

O bildirib ki, təmsil etdiyi bloka qarşı hakimiyyət tərəfindən informasiya kampaniyası aparılır. Keçmiş nazir bu kampaniyaya müxtəlif xadimlərin, KİV-in, hətta partiya və blokların da cəlb olunduğunu bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar