Sevil Əliyevadan sərt qınaq
28.09.2015 975 0.0 0

Ümummilli lider Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva öz “İnstagram” səhifəsini bağlayıb.

Məlumata görə, Sevil Əliyeva bu barədə öz şəxsi “İnstagram” səhifəsində məlumat yayıb.

Məlumatda deyilir: 
“Əziz dostlar! Bu müddət ərzində sizlərlə ünsiyytədə olmaq mənim üçün çox xoşdur. Hər birinizin fikrinə hörmətlə yanaşıram. Lakin təəssüflər olsun ki, mən hərdən insanlarla qurduğum səmimi, mədəni ünsiyyətə bəziləri tərəfindən qarşılıqlı münasibət görmürəm. Belələri bu münasibətlərdən sui istifadə edib etik qaydaları pozurlar! ona görə də mən Direct-i bağlayıram. Mən bu səhifə haqqında əvvəlcədən demişdim ki, burada mənim keçmişim və bu günüm əks olunacaq. Və əlbətdə, yaradıcılığım yer alacaq. Ümid edirəm ki, məni düzgün başa düşəcəksiniz. 
Hörmətlə, Sizin Sevil Əliyeva!”

 

Qeyd edək ki, Sevil Əliyeva biraz əvvəl Bakını görməyə gəlmişdi o şəhərin müxtəlif yerlərini ziyarət edərək fotolar paylaşmışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar