Sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
01.11.2016 787 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

E.Əhmədov cinayət işinin istintaqa qaytarılmasını istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata əsasən, yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

İlkin məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini E.Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.

Sumqayıt Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan E.Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar