Sertifikasiyadan keçə bilməyən həkimlərin sayı açıqlanıb
22.09.2016 534 0.0 0

Səhiyyə Nazirliyinin 19-20 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

 

Məlumata görə, imtahanlarda ümumilikdə 296 həkim iştirak edib. Onlardan 34-ü imtahandan keçə bilməyib.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar