Serj Kimdən belə istifadə edir
27.04.2015 848 0.0 0

ABŞ-da yaşayan erməni porno ulduz Kim Kardaşyan "erməni soyqırımı" barədə "Time" jurnalına məqalə yazıb. 
Məlumata görə, Kim Kardaşyan West imzası ilə yazılan məqalədə ABŞ prezidenti Barak Obama tənqid edilib.

Babalarının 1914-cü ildə, qırğınlardan yalnız bir il əvvəl Ermənistandan Los Ancelesə köçdüyünü yazan Kim Kardaşyan "əgər onlar qaçmasaydı, burda olmazdıq" deyə bildirib. 

"Bir soyqırımı xatırlamağın məqsədinin, bir daha yaşanmamasını təmin etmək olduğunu'' deyən Kardaşyan Obamanı belə tənqid edib: "Bir milyon yarım adam qətlə yetirildi və bir ölkə bu vəziyyət heç yaşanmamış kimi davranır. Bunun doğru olduğunu düşünmürəm". 

ABŞ prezidenti Barak Obamanın bu ilki 24 aprel açıqlamasında "soyqırım" sözünü işlətmədiyinə görə narahat olduğunu bildirən porno ulduz Türkiyəyə çağırış edib: "Türkiyənin "soyqırım"ı qəbul etməsinin zamanı gəldi. 100 il əvvəl baş verən hadisələr hazırda oradakı insanların günahı deyil. Türklər bu vəziyyəti qəbul etsə hər kəsin rahat həyatına davam edə biləcəyinə inanıram. Keçmişlə üzləşməmək hörmətsizlikdir".

Görünür, İrəvanda "kraliça" kimi qarşılanan Kardaşyan son Ermənistan səfərində Xocalı soyqırımında iştirak etdiyi üçün fəxr etdiyini bildirən Serj Sarkisyan rejiminin təbliğatına o qədər inanıb ki, özündə tarixi faktları təhrif edəcək məqalə yazmaq gücünü tapıb. Bunun özü də cinayətkar Sarkisyan rejiminin fahişələrdən belə "soyqırım"ın tanıdılması üçün istifadə etdiyini göstərir. Bu isə ermənilərin tarixi adət-ənənəsinin (yüngül əxlaqlı erməni qadınlarından siyasi məqsədləri üçün istifadə olunması -red) Sarkisyan hakimiyyəti üçün də yad olmadığını bir daha sübut edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar